UNUDULMAZ İNSANLAR – CAVAD HEYƏT

Cavad Heyət otaylı, butaylı Azərbaycan xalqının xatirəsində əbədi iz buraxmışdır. O, heç vaxt siyasətlə aktif surətdə məşğul olmurdu, sadəcə siyasət onu tapırdı. Məhz bunun nətiəcəsi idi ki, ilk jurnalı olan “Varlıq”ı nəşrə hazırlayarkən peşəkar inqilabçıların təcrübəsindən geniş istifadə etmiş, sonradan yolları ayırmalı olmuşdur C.Heyət 24 may 1925-ci ildə Azərbaycanın Güneyinin Təbriz şəhərində doğulmuşdur. O, zəngin bir həyat yolu seçmiş, əsasən tibb sahəsinə çalışmışdır.  Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyəti İdarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru və sair vəzifələrdə çalışmışdır.

“İki Azərbaycanın ağsaqqalı”, “Çağımızın ağsaqqalı”, “Dövrümüzün Prometeyi”, “Bilgə dədə” ləqəbləri ilə tanınır.

Avqustun 12-də 2014-cü ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!

https://www.facebook.com/baoazerbaycan/videos/1242594922877920/

 

Şərhlər bağlıdır.