FRANSADAN ŞOK ADDIM: “XAOS FILOSOFU” BÖLGƏDƏ…

“QARDAŞ QANI TÖKÜLƏCƏK...”

Fransa rəhbərliyi siyasi qeyri-müəyyənliyin davam etdiyi Əfqanıstanı qarışdırmaq üçün hərəkətə keçib.

Azerbaycan-ruznamesi.org telegraf.com-a istinadən xəbər verir ki, Talibanın rəsmi sözçüsü Süheyl Şahin “Türkiyə” qəzetinə verdiyi açıqlamada bəzi ölkələrin Əfqanıstanda təxribata hazırlaşdığını deyib.

Nəşrin məlumatına görə, bu istiqamətdə ilk addım Fransadan gəlib. Fransa rəhbərliyi Talibanın hakimiyyəti ələ keçirməsindən sonra “xaos filosofu” adıyla tanınan Bernard Henri Levi və Neo Lavrensi Əfqanıstana göndərib. Taliban əleyhinə müqavimətin “son qalası” adlandırılan və hələ də Talibana təslim olmayan Pəncşir əyalətinə gedən Levi hərəkatın lideri Əhməd Məsudla görüşüb.

Əfqanıstanlı akademik Hayid Murad “Türkiyə” qəzetinə açıqlamasında xarici ünsürlərin müharibə şəraitində olan ölkədə yenidən qardaş qanı tökməyi planlaşdırdığını iddia edib.

Araşdırmaçı Mustafa Özcan isə Levi haqda bunu deyib: “Son 40 ildə Afrika və Yaxın Şərqdəki bütün qırğın proseslərinin arxasında dayanmış bir nömrəli şəxsdir”.

Mustafa Özcan Talibanla bağlı qeyri-müəyyənliyin davam etdiyini və Pəncşirdəki gəlişmələrə diqqət edilməli olduğunu vurğulayıb. O, Talibana qarşı mübarizəyə başlayan Əhməd Məsudun İran, Fransa və Hindistanla sıx əlaqələrinin olduğunu deyib: “Əfqanıstan üçün yeni xaos planı hazırlamağa çalışırlar”.

Nəşr qeyd edib ki, Pəncşir dünyanın ən nadir daşları ilə zəngindir. Bölgə xüsusilə zümrüdləri ilə tanınır. Bu kimi qiymətli daşlar Fransadan gələn özəl təyyarələrlə Parisə daşınır. Hayid Murad bu durumun uzun illərdir davam etdiyini söyləyib. İndi isə bu zənginlikdən məhrum olmaq istəməyən Fransa “xaos dəllalı” – Bernard Henri Levini bölgəyə provokator olaraq göndərmək qərarına gəlib.

Mənsur Rəğbətoğlu

Şərhlər bağlıdır.