Mən elə bilirəm ki, bu üç kəlmə bəs edər bizlər sülh, əmin-amanlıq və səmimiyyət şəraitində yaşayaq. Lakin yer kürəsinin bir çox guşələri mövcuddur ki, hələ daha çox arzu və istəklər dəyişsin. Yəqin bir ömür də kifayət etməyəcək rahatca nəfəs alaq.
Bəlkə ömrümüzün mənası və marağı da ondadır. Əgər tale bizə rəqəmi, 70-i aşırmaq imkanı bəxş edibsə, özü də çox mənalı illəri bəxş edibsə, demək çox xoşbəxtik.
Əgər tale bizə xoşbəxtlik uğrunda mübarizədən çəkinmədən, yorulmadan, təəssüflənmədən bir yol bəxş edibsə, buna sevinərək yoruldum demə.
Əgər tale bizə bu yolun yolçusu olaraq yoldaş deməkdən bezdirmirsə, demək hamıdan xoşbəxtsən.
Bax beləcə davam edək. İnsanlığın, yoldaşlığın, dostluğun və qardaşlığın xatirinə. Özün bilərsən neçəsini seçərsən. Mən hələ 💯-ü arzulayıram, sonrasına baxarsan
Rəhim Hüseynzadə,
Qardaş, Dost və Yoldaş
Şərhlər bağlıdır.