Sel və daşqınların Azərbaycanın Güneyi Qəzvin əyalətinə vuruğu ziyanın məbləği açıqlanıb. Bu Barədə Qəzvin əyalətinin Avuc bölgəsinin İcra Hakimiyyətinin başçısı Nüsrətullah Əlirzayi məlumat verib.
Nüsrətullah Əlirzayi son daşqınlar zamanı Avucun kənd təsərrüfatı, yollar və infrastrukturuna 240 milyard tümən ziyan dəydiyini bildirib.
Başçının dediyinə görə, təbii fəlakət əkin sahələrinə 170 milyard, yollara 30 milyard, qaz, elektrik və su xətlərinə isə 40 milyard tümən məbləğındə ziyan vurub.
“Mehr” xəbər agentliyinə müsahibə verən N.Əlirzayi fəsadların aradan qaldırılması, yolların, körpülərin, infrastrukturun qurulması və kənd təsərrüfatına dəyən ziyanın ödənilməsi ilə bağlı əyalət valiliyi və Daxili İşlər Nazirliyinə müraciət etdiklərini deyib.
Qeyd edək ki, son gvaxtlar şiddətli yağışlar və sel daşqınları Qəzvin əyalətinin yol, körpü, elektrik və qaz xətlərinə ciddi ziyan vurub.
Nüsrətullah Əlirzayi Avuc bölgəsində su kanalları, suvarma sisteminin yararsız hala düşməsi və 8 min hektar əkin və bağ sahələrinin məhv olmasını bildirib.
Daşqınlar onlarca kənddə maddi xəsarətlərə yol açıb, 5 nəfərin ölümünə səbəb olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.