ƏFQANISTANDAN SONRA İRAQ-PLAN TƏKRARLANIR?

İraqın xarici işlər naziri Fuad Hüseynin açıqlaması belə deməyə əsas verir.

Belə ki, nazir ABŞ qoşunlarının yaxın perspektivdə İraqı tərk edəcəyini və terroçuluqla mübarizəni rəsmi Bağdadın öz öhdəsinə buraxacağını istisna etməyib.

“Terrorçuluqla mübarizə baxımından, İraq ABŞ qoşunlarının ölkədən çıxarılmasına tam olaraq hazırdır”,- deyə Fuad Hüseyn bəyan edib.
O bildirib ki, ölkənin xüsusi xidmət orqanları terrorçularla bağlı kifayət qədər məlumata və onlarla mübarizə sahəsində çoxillik təcrübəyə sahibdir. XİN rəhbəri hazırda İraqda fəaliyyət göstərən terror şəbəkələrində müəyyən hərəkətliliyin müşahidə edildiyini, lakin bunun ölkə hökumətinin işinə maneə törətməyəcək səviyyədə olduğunu qeyd edib. Fuad Hüseyn ölkədə məhdud sayda ABŞ hərbi kontingentinin saxlanılması məsələsindən danışarkən, bu sahədə dəqiq razılaşmanın olduğunu və ilin sonunadək bütün hərbi hissələrin çıxarılacağını vurğulayıb.

Iraqın xarici işlər naziri Fuad Hüseyn deyir ki, ABŞ Silahlı Qüvvələrinin bu ölkədən çıxarılacağı təqdirdə növbədə Əfqanıstandakı hadisələr burada da təkrarlana bilər. Çünki ABŞ qoşunlarının İraqdan çıxması xüsusilə İranın dəstəklədiyi digər terrorçu təşkilatların hakimiyyəti ələ keçirməsi üçün hərəkətə keçməsinə səbəb ola bilər. Politoloq Sədrəddin Soltan azerbaycan-ruznamesi.org Cebhe.info-ya istinadən yazır ki, iraqlı nazirin sözlərinin siyasi reallığa uyğun gəlmədiyini deyib.

Ekspert bildirib ki, ABŞ qoşunlarının İraqdan çıxması bu ölkənin parçalanmasına, İrana bağlı silahlı qrupların hakimiyyəti ələ keçirməsinə gətirib çıxara bilər. Ona görə də rəsmi Vaşintonun belə addım atacağı inandırıcı görünmür:

“Fuad Hüseynin açıqlaması daha çox ehtimaldır. Çünki ABŞ qoşunlarını İraqdan çıxartmaqla bağlı məsələ qaldırmayıb. Hətta ABŞ 2019-cu ildə Suriyadan çıxartdığı qoşunları belə İraq ərazisində yerləşdirdi. ABŞ-ın İraqda çox böyük hərbi bazası və ən böyük səfirliyi yerləşir. Perspektivdə ABŞ-ın silahlı qüvvələrinin bir hissəsini İraqdan çıxaracağı istisna olunmur. Amma hərbi bazasını İraqdan çıxaracağı inandırıcı görünmür. Çünki İraq Əfqanıstan deyil. İraqda dövlət hakimiyyəti formalaşıb. Siyasi qüvvələr arasında müəyyən qədər anlaşmalar var. Əfqanıstanda isə siyasi xaosdur.

Həm “Taliban”, həm də digər siyasi qüvvələr xaricdəki “dirijor çubuğu” ilə idarə olunur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, İraqda İrana bağlı “Həşti-Şəəbi” adlı terror qruplaşması var. Həm ABŞ, həm də İraq ictimaiyyəti “Həşti-Şəəbi”nin ölkədən çıxmasını tələb edir. Ayətullah Sistani da bu tələbi səsləndirib. İran İraqın daxili işlərinə qarışmaqda ittiham edilir. Xarici İşlər naziri Fuad Hüseyn də görünür, Əfqanıstanda baş verən hadisələr fonunda açıqlama verib ki, ABŞ-ın hərbi bazası ölkədən çıxsa, İraq terrorçuluğa qarşı mübarizə apara bilər. Amma hadisələr göstərir ki, İraq hökuməti ölkəyə təkbaşına nəzarət etmək gücündə deyil. Ona görə də ABŞ-ın hərbi bazasının İraqdan çıxması bu ölkəni Əfqanıstandan da fəlakətli vəziyyətə sala bilər. Nəticədə İraq parçalanar”.

Müşfiq Abdulla

Şərhlər bağlıdır.