ABŞ Dövlət Departamentinin “Demokratiya, İnsan Haqları və Əmək” bürosu Tehranın Evin zindanında siyasi məhbuslara qarşı işgəncə verilməsini əks etdirən görüntülərin yayılmasına reaksiya verib.
Qurum bununla bağlı avqustun 25-də “Twitter” hesabında paylaşım edib.
ABŞ Dövlət Departamenti bildirib ki, Evin həbsxanasından yayılan görüntülər İran zindanlarında siyasi məhbuslara qarşı işgəncədən istifadə olunmasını təsdiqləyir.
“Son vaxtlar Tehranın bədnam Evin Həbsxanasından sızdırılan görüntülər, bizim siyasi məhbuslara işgəncə verilməsi barədə çoxdan bildiyimizi təsdiqləyir.
İran həbsxanalarında işgəncələr sistemli şəkildə aparılır.
Biz isə İran hökumətini bütün siyasi məhbusları azad etməyə və məhbuslarla ləyaqət və ehtiramla rəftar etmyə çağırırıq”-deyə ABŞ Dövlət Departamentinin “Demokratiya, İnsan Haqları və Əmək” bürosunun “Twitter” hesabında etdiyi paylaşımında bildirilir.
Xatırladaq ki, avqustun 22-də Tehranın qorxunc Evin zindanının nəzarət kameraları “Əlinin ədaləti” adlı haker qrupunun hücumuna məruz qalıb.
Haker qrupunun zindandakı ağır vəziyyətlə bağlı yaydığı görüntülərin birində məmurların həyətdə halı pisləşərək huşunu itirib yerə yıxılan maskalı bir məhbusa yardım etmək əvəzinə, onu heyvan kimi yerdə sürüyə-sürüyə dartıb aparmaları öz əksini tapıb.
Şərhlər bağlıdır.