MƏHƏMMƏD HƏSƏN RƏHBƏR TİCARƏTİN NİSGİLLİ ŞƏHADƏTİ

13 iyul 1980 –ci il (22 tir 1359-cü il) ildə cəllad Seyid Hüseyn Musəvi Təbrizi tərəfindən əziz dostumuz, əməkdaşımız, yol-yoldaşımız Həsən Rəhbərinin edam günüdür. Həsən 1953-cü ildə (1332-ci il) Təbrizdə zəhmətkeş ailədə dünyaya göz açdı. İbtidai təhsildən sonra orta və texniki peşə məktəblərini bitirdi. Fürsət əldə etdikdə işləyib ailəsinə maddi yardım edirdi. Çox vaxtlar atası Hacı Nağının dondurma sexində çalışırdı. Sonra gimzaniyada təhsil aldı, hərbi xidməti də sona çatdıqdan 1977-ci ildə (1356-cı il) Serekopiya şirkətinin Təbriz filalında işləməyə başladı.

Həmin dövr İranda şah rejimini böhranları üzə çıxmaqla, ölkədə azadlıq yeli əsməyə başlayırdı. Müxtəlif ziyalı qruplarına aid olan dəstələr yaranır, o arada Həsənin zövqün oxşayan bir çox tələbə təşkilatları, o cümlədən demokratlar və Pişkam adlı gənclər qrupu maraq dairəsində dayanırdı. Həsən əlindən gələni həmin qruplara və Təbrizin zəhmətkeş əhalisindən olanlara, ona müraciət edənlərlə həvəslə, qayğıkeşliylə, kimsəyə yox demədən köməyini əsirgəmirdi .

Gənc mübariz işlədiyi Serekopiya şirkətində bütün əməkdaşları ilə onların sinfi mövqelərindən asılı olmayaraq, fəhlədən tutmuş mühəndisədək hamıya hörmət və qayğısını əsirgəmirdi. İstiqanlı və sevimli bir gənc idi.

O zahiri görnüşü yaraşıqlı və cazibəli mavi gözləri, sarı saçları, səliqəli geyimi, mədəni davranrışları ilə hamını özünə cəlb edirdi. Mehriban ürəyi cibindəki pulu, əlindəki şəxsi maşınını çevrəsində olan insanlardan əsirgəməzdi. Bəlkə bu ürəyiaçıqlığı sonralar onun başının bəlası oldu. Qeyd etdiyimiz şirkətin təmizlik işinə baxan durum cəhətdən yoxsul, düşüncə cəhətdən cahil  olan Hüseyn adlı bir xadim var idi ki, Həsən onun işə götürülməsində çoxlu əziyyətlər çəkmişdi. Ona,  xüsusilə yaxınlarına əlindən gələn yardımları əsirgəmirdi. Qəflətdə olan Həsən heç ağlına da gətirməzdi ki, kömək elədiyi adamların bir qismi ona qarşı əlllərindən gələn pisliyi əsirgəmiyəcəklər. Şirkətin  xadiminin bacısı oğlu hansı ki, dəmir yolu islami əncömənin fəallarından sayılırdı, Həsəni göz altına alaraq, bütün işərindən şəhər hakimini xəbərdar edirdi. Eyni zamanda bəzi pozğun işləri də Həsənin tənqidinə səbəb olurdu.

Günlərin birində səhər saat 9 radələrində 10 nəfəlik silahlı qüvvə şirkətə basqın edir, Həsənin əl-qolun bağlayıb zindana aparırlar. Xatırladaq ki, inqilabdan sonra bütün  siyasi qruplar azad fəaliyyət hüququ əldə etmişdilər. Bütün fikirlərə mənsub olan qazet və broşuraları hər kəs hər yerdən rahatca əldə edib, oxuyub və ya onları yaymaq haqqı var idi. Baxmayarq ki, çox vaxtlar bu haqqı-hüquqa yeni hakimiyyətə gələn İran İslam Respublikası rəayət etmirdi.  Həsən də bir çoxları kimi inqilab havasına aldanaraq, çevrəsində olan bu basqılara etinasız yanaşırdı. Elə ona görə isə bir çox gənclər kimi Həsən də bütün nəşriyyələri və broşuları əldə edib  sevə-sevə oxuyurdu. İstər demokrat, istərsə də fədai və ya hər hansı təşkilatların yazılarına maraq göstərirdi.

Yeni inqilab abu-həvasında formalaşan Həsən mədəniyyətimizə, xüsusilə saz müsiqisinə də həddindən artıq maraq göstərirdi. O, məşhur aşıq Hacının saz siniflərində özü ilə bərabər, çevrəsində olan gənclərlə saz çalıb oxuyurdu. O, az müddətdə bir çox aşıq havaları məharətlə ifa etməyə nail olmuşdu. Hətta saz kursunda saz çalamağı  öyrənmək  istəyənlərə müəllimlik də edirdi. Təəssüflər olsun ki, bu xoş günlərin ömrü az oldu.

Günlərin bir günündə Həsən həbs edildi. Onu həbs edən zaman şəxsi maşınının dal sandığında siyasi qrupların nəşriyyələri, bir neçə dostları ilə gəzintilərdən xatirə şəkilləri çıxdı. Həsənin həbsi və edamı üçün 5 dəqiqəlik məhkəmədə dəlil hesab edildi. Onun barəsində günahsız olaraq hökm çıxarıldı və 1980 –ci il (22 tir 1359-cü il) ildə icra edildi. Sonradan özbaşınalığı hiss olunan Seyid Hüseyn Musəvi tərəfindən edam hökmü çıxarıldı və icra olundu.

Həsən xalqından ayrılsa da, ruhu və xatirəsi daima xalqının qəlbində yaşayır.

Beyrək,
7 şəhrivər 1400-cü il (29 avqust 2021 ci il) 

Şərhlər bağlıdır.