ƏFQANISTAN MİLLİ JURNALİSTLƏR BİRLİYİNİN (ANJU) LİDERİ FAHİM DAŞTİ ÖLDÜRÜLÜB

O, avqustun 5-dən-6-na keçən gecə Əfqanıstan Milli Müqavimət Cəbhəsi (NRFA) ilə Taliban qüvvələri arasında baş verən qarşıdurma zamanı Pəncşir əyalətində qətlə yetirilib.

48 yaşlı Fahim Əfqanstanın azad mediasının simvolu kimi tanınıb. 20 ilə yaxın müddətdə Milli Jurnalistlər Birliyinin (ANJU) icraçı direktoru kimi fəaliyyət göstərən Fahim Daşti ümumilikdə Əfqanstanda demokratik ruhlu media qurumlarının bir araya gətirilməsi, müdafiələrinin təşkil edilməsi üçün çalışıb. Bu məqsədlə 2012-ci ildə Əfqanıstan Jurnalistləri və Media Qurumları Federasiyasının yaradılmasının təşəbbüskarlarından və liderlərindən biri olub.

Daşti aktiv həyatını bütünlüklə Taliban rejiminə qarşı mübarizəyə həsr edib. Hələ 9 sentyabr 2001-ci ildə Əl-Qaidənin intihar hücumu nəticəsində ölümcül yaralanmışdı. Sağalandan sonra, 2001-ci ilin sonunda Kabildə demokratik ruhlu qəzet quraraq ona rəhbərlik etmişdi. Əfqanıstandakı münaqişə ilə bağlı Twitter- də öldüyü ana qədər ən fəal informasiya yayıcısı kimi çıxış edib.

Taliban Əfqanstanı yenidən ələ keirdikdən sonra Fahim Daşti onlarla əməkdaşlıq etmək təklifini rədd etmişdi. Bir müddət əvvəl isə Əfqanıstan Milli Müqavimət Cəbhəsinə (NRFA) qoşularaq qurumun mətbuat katibi funksiyasını yerinə yetirirdi. Avqustun 6-sı axşam isə qətlə yetirilib.

Mushfiq Ələsgərli,

Azərbaycan Mətbuat Şurasının sədr müavini,
Jurnalistlərin Həmkarlar İttifaqının sədri

 

 

 

 

Şərhlər bağlıdır.