QOŞAÇAYDA BƏLƏDİYYƏ İŞÇİLƏRİ 8 GÜNDÜR ETİRAZDADIR

Azərbaycanın Güneyinin Qoşaçay şəhərinin bələdiyyə işçiləri 8-ci gündür etiraz aksiyası keçirir.

Qoşaçay şəhərinin bələdiyyə binası qarşısında keçirilən aksiyada işçilər 6 aydır ki, əmək haqqı ala bilmədiklərini bildiriblər. Narazılar sosial hüquqlarının tapdalandığını bildirib, tələblərini əks etdirən plakatlar qaldırıblar.

Plakatlarda “bələdiyyə işçilərinin 6 aydır əmək haqları ödənilmir”, “biz bələdiyyə işçilərinin çörəyi yoxdur”, “iş təhlükəsizliyimiz yoxdur”, “ailələrimizin pula ehtiyacı var” və digər şüarlar yazılıb.

Qeyd edək ki, 8-ci gündür ki, Qoşaçay bələdiyyə işçiləri aksiya keçirirlər, ancaq onların hüquqlarının bərpası və istəklərinin yerinə yetirilməsi ilə bağlı hər hansı addım atılmayıb.

Xəbərçi

Şərhlər bağlıdır.