1956-CI İL. MİRCƏFƏR BAĞIROVUN MƏHKƏMƏSİNDƏN EPİZODLAR

Dövlət İttihamçısı, SSRİ Baş Prokuroru R.A. Rudenko.

  Müttəhim Bağırov siz nə üçün Böyük Sovet Ensklopediyasının baş redaktoru Suren Şaumyanı (Stepan Şaumyanın oğlu) təhqir etmisiniz?

Bağırov: – Mən onu Bakıdan qovmuşam. O, ermənilərdən ibarət qrupla arxivi alt-üst eləməyə gəlmişdi. Dəqiq desək kommunist partiyası adı altında daşnakların törətdiyi qətllər, evlərin və bankları vəhşicəsinə qarət edilməsini əks etdirən sənədləri aradan çıxartmaq istiyirdilər. Mən onlara Bakını tərk eləmək üçün 24 saat vaxt verdim.

Rudenko: Müttəhim Bağırov, 1947-ci ildə Nizami təntənələrinə gələn erməni Şaginyan Mariettanı siz qəbul etməyib, hələ üstəlik təhqir etmişdiniz, nə üçün?

Bağırov: – Əsərlərində Qarabağ və Naxçıvan torpaqlarından sanki erməni torpaqlarından danışdığı və Azərbaycanlıları köçəri, qaraçı adlandırdığı üçün. Bütün bunlardan sonra hələ mənimlə də bir görüşmək istəyirdi, rədd etdim. Dedim ki, nə qədər istəyir verin, yeyib-içsin və cəhənnəm olub çıxıb getsin.

R.Allahverdiyev

 

 

 

 

Şərhlər bağlıdır.