Abdulla Əmir Haşimi Cavanşir
Tarix: 8 mehr 1400-cü il (30 sentyabr 2021-ci il)
Əziz oxucular, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, siyasi, mədəni əlaqələr, xüsusilə 1991-ci ildən sonra inkişaf yolu heç də asan olmamışdır. Birinci səbəb ondan ibarətdir ki, Cənubi Azərbaycanda yaşayan 35 milyondan vətəndaşlarımız Mərkəzi Hökumətin zorakılıq, müstəmləkəçilik, irqiçilik, asimilyasiya siyasəti ilə barışmır. Onlar öz hüquqlarını əldə etmək üçün vaxtaşırı Mərkəzi Hökumətə qarşı etriazlarını bildirməyə məcbur olurlar. Təbii ki, bu da İran rejiminin xoşuna gəlmir, azərbaycanlılardan çəkinir. Haqlı tələbata boyun qoymaq əvəzinə azərbaycanlılara qarşı töhmət, iftira siyasətini irəli sürür. Bu iftiralar sərhədin o tayına da şamil olunur. Müxtəlif bəhanələrlə İran rejimi, daxildə olan böhranlarını sərhəddən kənara daşıyır. Son günlərdə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında baş verənlər dediklərimizə tam sübutdur. Bildiyimiz kimi Azərbaycan Respublikası 44 günlük ikinci Qarabağ müharibəsində öz ordusunun, xalqının və Ali Baş Komandanın gücü ilə Ermənistanın işğalında olan torpaqlarının böyük hissəsini azad etmişdir.
Təəssüflət olsun ki, İran İslam Respublikası azərbaycanlıların haqqlı qazandığı uğurlarından narahatçılığı daima biruzə verir. Bir sözlə desək təcavüzkar Ermənistanın tərəfini tutmaqla regionda sülhün, sabitliyin, əməkdaşlığın inkişafının qarşısına daş atmaqla məşğul olur. İran İslam Respublikası bu nanəcib siyasətinə bəzən qondarma arqumentlər də gətirməkdən çəkinmir. Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan çəkinir.
Ermənistana keçmiş 30 ildəki kimi hər cürə yardımı davam edir. Hətta Azərbaycanın Xankəndinə Ermənistan yolu ilə Azərbaycan Respublikasından izinsiz mal daşımaqda israrlıdır. Azərbaycan Respublikasının rəsmiləri haqlı etirazlarına baxmayaraq qonşuluq münasibətlərini pozaraq etnasızlıq göstərir. Bunlarla kifayətlənməyərək Azərbaycan sərhədlərində saysız-hesabsız İrana mənsub olan müxtəlif ordu qüvvələrini monevr bəhanəsilə yerləşdirir. Azərbaycana hədə-qorxu gəlməklə məntəqədə, Suriyada, Əfqanıstanda, Yəməndə və İraqda yaratdığı fırtınaları növbəti dəfə Azərbaycan Respublikasında təkrar etmək niyyətindədir. Görünür ki, İran İslam Respublikası həyatının davamını ancaq suyu bulnadırıb balıq tutmaqda görür.
Regionda qeyri sabitlik, müharibələr törətmə və bununla böyük ölklərinin silah istehsalı və satışına şərait yaratmaqla xeyrini güdür. Qeyri şəffaf pulların, silah-sursatın dövriyyəsinə, dünya dəllallarına, oğrularına, cinayətkarlarına yardım etməklə həyatını davam edir. 42 il inqilabdan keçsə də İran İslam Respublikası İranda yaşayan xalqlara verdiyi vədlərin mində birini həyata keçirtməmişdir. Ölkə daxilində işsizliyə, evsizliyə, sosial rifaha, sağlamlığa, sənaye sistemlərinin inkişafına, kənd təsərrüfatına, xeyirli bir addımlar atmamışıdr. Əksinə həm ölkə daxilində, həm də ölkədən kənar cürbəcür hərbi qruplar yaradıb sayını artırmaq, olub-qalan məmləkətin büdcəsini bu yolda sərf etmək, ölkəni tam militarizmə yuvarlamaqdan çəkinmir. İraqda Həşədüs-şəbi, Yəməndə Husilər, Siriyadə Zeynəbilər, Əfqanıstanda Fatimilər, Azərbaycan Respublikasında Hüseynçilər kimi orduları yaratmaqla, silahlandırmaqla, regionu təhlükəli istiqamətlərə sürükləməkdə birinci rol oynayır.
İran İslam Respublikası son günlər isə tamamilə diqqətini Azərbaycan Respublikasına yönəldərərək, həddindən artıq hədə-qorxu mövqedən çıxış edərək, gərhginliyi dözülməz səviyyəyə çatdırmaqda maraqlı görünür. İran İslam Respublikası bu cür taktikalar işlətməklə daxildə öz vətəndaşlarının gözünə kül üfürür. Onların haqlı tələbatnını yerinə yetirməkdən boyun qaçırır. Əslində İran son 30 ildə Ermənistana hər cür yardım etmiş, müharibə dövründə Qarabağda işğalçı erməniləri yanacaqla, silah-sursatla təmin etmişdir. Müharibə dövründə Azərbaycan dronlarının radio dalğalarını pozmaq üçün, Arazın sahillərində pozucu dalğalar buraxmaqla ermənilərə yardım etmişdir. Azərbaycanın torpaqları uğrunda canından keçən şəhidlərimizə şəhid deməmişdir, əksinə ermənilərin ölülərini şəhid adlandırmışdlır.
Azərbaycan ərazilərinin işğalı dövründə İran şirkətləri həmin ərazini ermənilərdən icarəyə götürmüş, ərazi işğaldan azad olandan sonra həmin ərazi üçün Azərbaycandan pul tələb etməkdən çəkinməmişdir. Qafanda, Gorusda Azərbaycan öz ərazilərini, poctlarını bərpa etdikdən sonra İran İslam Respublikası daha da məntiqsiz davranmağa yol verir. Müxtəlif bəhanələr gətirir. O cümlədən Azərbaycanla İsrailin münasibətləri barədə iftiramiz sözlər yayır. Guya ki, İran İsrail ilə müharibədədir, Azərbyacanı günahlandırır. Halbuki İsrail İran torpaqlarının bir qarşını da işğal etməyib. Amma Ermənistan 30 il Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamışdır.
Buna baxmayaraq, İran həmin işğalçı dövlətə yardımını əsirgəməmişdir. Bu gün də əsirgəmir. Daha doğrusu İran Azərbaycanın qazandığı uğurları həzm edə bilmir. Ona görə də münasibətlərini Azərbaycanla gündən-günə pisləşdirir.
Əziz oxucular, bu kimi təxribatçı İran siyasətinin nəticələrinin məsuliyyəti ancaq İran rejiminin mənsublarının üzərinə düşür. Azərbaycan Respublikası dəfələrlə İran tərəfinə qonşuluq, qardaşlıq, dostluq əlini uzadaraq, regiondan sülhün, sabitliyin, əməkdaşlığın və inkişafın qurulub, qorunub, saxlanılması tərəfində dayandığını bəyan ermişdir. İndi söz İranda yaşayan xalqlarındı ki, İran rejimini qonşulara nisbət aqresiv siyasətindən çəkindirsinlər.
Şərhlər bağlıdır.