“TALİBAN”IN XARİCİ DİPLOMATLAR ÜÇÜN ZİYAFƏTİ

QONAQLAR ARASINDA RUSİYA SƏFİRİ DƏ OLUB

“Taliban” Kabildəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri üçün ziyafət və şam yeməyi təşkil edib.

Azerbaycan-ruznamesi.org Trend.az-a istinadən  bildirir ki, bu barədə radikalların nümayəndəsi Zabihullah Mücahid öz “Twitter” səhifəsində məlumat verib.

Tədbirdə Rusiya səfiri Dmitri Jirnov, Pakistan diplomatik nümayəndəliyinin rəhbəri Mansur Ahmad Khan, Özbəkistanınkı Yodgorhuja Shadmanov və başqaları iştirak ediblər.

“Vacib siyasi dəyişikliklər dövründə də işinizə davam etməyiniz Əfqanıstanda təhlükəsizlik vəziyyətinin sabit olduğunu göstərir, bunun məsuliyyəti yeni hökumətin üzərinə düşür. Əfqanıstan xalqına humanitar yardım edən və Nazirlər Kabinetimizlə əməkdaşlıq etmək niyyətində olan bütün dövlətlərə təşəkkür edirik”, – Z.Mucahid deyib.

Görüşdə, həmçinin, müvəqqəti hökumətin sədr müavini təyin edilən Molla Əbdül Qani Baradar da daxil olmaqla, “Taliban” rəhbərliyinin nümayəndələri də iştirak ediblər.

Şərhlər bağlıdır.