İran belə hesab edir ki, “Geosiyasi məsələlərə ciddi şəkildə həssas yanaşırıq və Azərbaycan tərəfinə açıq şəkildə bildirmişik ki, sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir”.
Azerbaycan-ruznamesi.org xəbər verir ki, bunu İran televiziyasına müsahibə verən İranın xarici işlər naziri Əmir Adbullahiyan deyib.
Onun sözlərinə görə, bu əməllərin arxasında sionistlər dayanır və biz çalışırıq ki, Bakı bu tələyə düşməsin.
Qeyd edək ki, işğalçı Ermənistana siyasi, iqtisadi və hərbi dəstəyini əsirgəməyən İran hökuməti Azərbaycanın ərazi bütövlüyünü pozaraq qanunsuz yolla Qarabağa naməlum yüklər daşımasına rəğmən, bölgədə gərginliyin yaranmasında utanmadan Azərbaycanı günahkar sayır.
Şərhlər bağlıdır.