BU BAYRAM YUNESKO TƏRƏFİNDƏN TƏSİS OLUNUB

BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜNÜZ MÜBARƏK!

Dünyada 5 oktyabr 1994-cü ildən YUNESKO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir. Bu şərəfli peşəni özünə əbədi seçmiş pedaqoqların bayramıdır.

Lakin müşahidələr özü göstərir ki, dünyanın heç də hər yerində onların hüquq və vəzifələrinə hörmətlə yanaşılmır. Müəllimlər bunun təmin olunması uğrunda mübarizə aparırlar.

İranda da pedaqoqlar heç də birmənalı vəziyyətdə deyillər. Onlar ana dilinin tədris proqramına daxil edilməsi üçün mübarizə aparırlar. Bu işin uğurla nəticələnəcəyinə əmindirlər.

Bayramınız mübarək, əziz müəllimlər!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.