Bakıda fəaliyyəti dayandırılan İranın təbliğat mərkəzi məscid deyil, hüseyniyyədir (mətbuatda düzgün yazılmayıb).
Rəsmi adi “Bakıda Yaşayan İranlıların Əhli-Beyt Hüseyniyyəsi” olan müəssisə “İran Mədəniyyət Mərkəzi”nə bağlıdır.
Tarixi kökü qacarlar (bəzi qaynaqlarda isə səfəvilər) dövrünə dayanan hüseyniyyələr şiə təriqətində əsasən İmam Hüseyn üçün yas mərasimləri keçirmək məqsədi ilə tikilirdilər.
Başqa sözlə desək məsciddən fərqli olaraq hüseyniyyənin heç bir müqəddəsliyi yoxdur (məscidə aid olan dini qaydalar bu məkana aid deyil). Bakının müxtəlif yerlərində mövcud olan mərasim evləri dini cəhətdən nə qədər qutsaldırsa hüseyniyyə də o qədər əzizdir.
Umid Niayesh
Şərhlər bağlıdır.