ƏRDƏBİLİNN TİKİŞ FABRİKİNDƏ ETİRAZ

 Ərdəbilin fabriklərində etiraz ara vermir. Bu dəfə onlara “Səbəlan parça” tikiş fabrikinin işçiləri qoşulublar. Əməyin təhlükəsizliyinin təmin olunmadığı iş yerində əməkçilər onların rahat işləməsi üçün şərait yaradılmasını istəyirlər. Hələlik nə tədbir görülüb məlum deyil.

Bununlayanaşı işçilərə aylıq əmək haqlarının verilməsinin niyə yubadılması barədə sorğular cavablandırılmır.

“Səbəlan parça” İranın və Yaxın Şərqin ən böyük parça istehsalı müəssisələrindən biri sayılır. Fabrikinin icraçı dirrektoru Ənvər Hicaziniya mətbuata verdiyi açıqlamada əmək haqları ilə bağlı yaranmış problemin məsuliyyətini əməkdaşlıq etdikləri bankın üzərinə atıb. O, günahı əməkdaşlıq etdiyi müəssisənin üzərinə atıb.

İcraçı dirrektor ticarət kartlarının verilməsi məsələsində ortaya çıxan maneələrin və Sosial Müdafiə İdarəsi tərəfindən törədilən inzibati əngəllərin də fəaliyyətə maneələr törətdiyi bildirilib.

Onu da deyək ki, hazırda “Səbəlan parça” fabrikində 1500 işçi çalışır və onların bir çoxu qanunla nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilmirlər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.