TƏNQİDÇİ JURNALİSTİKA HƏDƏFDƏ

ÖLÜMLƏ TƏHDİD

Buşehrin mərkəzi həbsxanasında sərt davranışa məruz qaldığını bildirən iranlı aktivist və jurnalist Sapideh Qolian saxlanılıb.

Məlumata görə, sentyabrda öz “Tvitter” səhifəsində Buşehr həbsxanasındakı məhbusların psixoloji təzyiq, kollektiv cəza və zorlanmaya məruz qaldığını bildirən 26 yaşlı aktivist bir müddət sonra polisin hücumuna məruz qalıb.

Belə ki, jurnalistin evinə hücum edən şəxs onu əvvəlcə Buşehr həbsxanasına, ardınca isə Tehranın “Evin” həbsxanasına aparıb. Məhz burada onu zorlama və ölümlə təhdid ediblər.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.