AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN KONFRANSI

Noyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin “Clubhouse” da canlı yayımda konfransı keçirildi. Bu dəfəki mövzu Əkrəm Bijənin (Rəhimoğlu) müəllifi olduğu “Pişəvəri” əsərinin müzakirəsi təşkil edirdi.

Doğrudur, həmin gün konfransda digər bir məsələ də müzakirə edilməli idi. Lakin vaxt kifayət etmədiyindən həmin məsələnin müzakirəsi növbəti iclasadək təxirə salındı.

Tədbir Təbriz vaxtı ilə saat 19:30-da baş tutdu. Otaqda bir çoxlu soydaşlarımız və Azərbaycan Demokrat Firqəsinin üzvləri, məsulları və Azərbaycansevərlər iştirak edirdilər. O cümlədən, – Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə konfransın iştirakçısı idi. Milli Hökumətin Himni ilə başlayan tədbirdə firqənin üzvü admin Rəhim bəy Şahbazi gündəliyi elan etdi.

Giriş sözü ilə  firqənin Beynəlxalq Əlaqələr üzrə məsulu Abdulla Əmir Haşimi Cavanşir çıxış etdi. O, ADF MK-nın üzvü olan Əkrəm müəllimin barəsində iştirakçılara geniş məlumat verdi, onu mikrafona dəvət etdi.

Əkrəm müəllimin çıxışının birinci hissəsində kitabın məzmunu haqqında geniş məlumat verdi. 70-ə yaxın iştirakçının rəğbətlə qarşıladığı çıxışın ikinci hissəsi sual-cavablara həsr olundu.

Konfransın gedişində Pərviz Kazimi, Səriyyə Ərdəbilli və başqa təşkilat mənsubları mövzuya aid fikirlərini söylədilər. 3 saatlıq davam edən tədbirdə Abdulla Əmir Haşimi Cavanşirin yekun söhbəti və Əkrəm müəllimə dərin təşəkkür və minnətdarlıqla başa çatdı.

Azərbaycan Demokrat Firqəsi

 

Şərhlər bağlıdır.