Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən güclü partlayış nəticəsində “Taliban” liderlərindən biri olan Həmdullah Mohlis həyatını itirib.
Azerbaycan-ruznamesi.org bildirir ki, xəbəri “Taliban” rəhbərliyində təmsil olunan şəxslər tərəfindən də təsdiq edilib.
Kabildə baş verən partlayışdan sonra Həmdullah Mohlis dərhal hadisə yerinə yollanıb və radikal qruplaşmaların üzvləri ilə atışmada həlak olduğu bildirilir.
- Mohlis Əfqanıstanda hakimiyyət dəyişikliyi baş verəndən sonra öldürülən ən yüksək vəzifəli “Taliban” rəsmisi hesab olunur.
Ötən gün Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.
Şərhlər bağlıdır.