VİTSE-PREZİDENT ETİRAF EDİR:

VİTSE-PREZİDENT ETİRAF EDİR:

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rezayi ABŞ-ın sanksiyaları səbəbilə qeyri-qanuni yollarla neft satdıqlarını və bunun müqabilində aldıqları pulu gizli şəkildə ölkəyə gətirdiklərini bildirib.

Yerli mətbuata danışan Rezayi ABŞ rəhbərliyinin 3 ildir hüquqi əsas olmadan İranı iqtisadi blokadaya saldığını açıqlayıb.

İran rəsmisi bildirir ki, “Neftimizi qeyri-qanuni yollarla satırıq və müqabilində aldığımız dolları məzənnənin yüksəlməməsi üçün ölkəyə gizli şəkildə gətirmək məcburiyyətində qalırıq”.

Daxili sanksiyaların xarici sanksiyalardan daha təhlükəli olduğunu deyən Rezayi sahibkarların və gənclərin yolunu kəsən maneələri aradan qaldırmağa çalışdıqlarını da bildirib. 

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.