İRANDA ZƏLZƏLƏDƏN 70 NƏFƏR XƏSARƏT ALIB, ÖLƏN VAR

İranın Hörmüzqan əyalətində zəlzələ baş verib.  Zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb, bir nəfər həlak olub. Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib. O deyib ki, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.

Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ qeydə alınıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.