“İŞGƏNCƏLƏR KRALI” HƏBS EDILDI

Argentinada diktatorluq zamanı “işgəncələr kralı” adını qazanan keçmiş hərbçi Karlos Kialketa həbs edilib.

Polis ölkənin şimal-şərqindəki Salta şəhərində basqın edərkən Karlosu bir evdə şkafın içində ələ keçirib.

Uzun illərdir ki, polis tərəfindən axtarışda olan Karlos 1976-cı illərdə törətdiyi adam qaçaqmalçılığı, işgəncə və digər cinayətlərdə ittiham olunacaq.

Sosial şəbəkələrdə Karlosun şkafın içindən çıxması fotoları ciddi müzakirələrə səbəb olub.

Argentina təhlükəsizlik naziri Anibal Fernandez bildirib ki, Karlos haqqında beynəlxalq həbs qərarı çıxarılıb: “Qaçaq Karlos Kialketa basqın edilən evdəki şkafda gizlənirdi. Sahə fəaliyyəti və telefon dinləmələri sayəsində onu saxladıq”.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.