TƏBRİZ VAXTI İLƏ 21 NOYABR SAAT 20:30-DA NÖVBƏTİ KONFRANSDIR

TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI HAQQINDA SÖHBƏTLƏR

Türk Dövlətləri Təşkilatı(keçmiş adı Türk Dövlətlərinin Əməkdaşlıq Şurası) dünya türk birliyinin məzmun və keyfiyyətcə yeni formatına çevrilib. Azərbaycan Demokrat Firqəsi türk dünyasının dostlarının bu tarixi uğuruna sevinir, onun gələcəyinə inanırıq.

ADF “Club house”da yeni konfransını bu ələmətdar hadisəyə həsr etməyi qərara alıb. Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadənin, firqə rəhbərliyinin, üzvlərinin və sevdalılarının iştirak edəcəyi konfransda tanınmış türk jurnalisti Mətin İldırımın məruzəsi ətrafında müzakirələr aparılacaq.

Tədbir 21 noyabr 2021-ci ildə Bakı vaxtı ilə saat 20:00-da (Təbriz vaxtı ilə saat 20:30) keçiriləcək. Bütün maraqlananları tədbirə dəvət edirik.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.