TÜRK DÖVLƏTLƏR TƏŞKİLATI – ÜMUDLƏR, PERESPEKTİVLƏR

KONFRANS

Əziz oxucular, 21 noyabr 2021 ci ildə Azərbaycan Demokrat Firqəsinin “Clubhouse”da canlı yayımı baş tutdu. Konfransda  Türk Dövlətlər Təşkilatının bu günü, sabahı, gələçək prespektivləri müzakirə olundu.

Tədbirin əsas çıxışçısı görkəmli tədqiqatçı, jurnalist akademik Mətin bəy Yıldırım idi. Konfrans bazar günü Təbriz vaxtı ilə saat 19-30-da başlayıb, 22-00-da uğurla başa çatdı. Otaqda 80-dən çox soydaşlarımız və Azərbaycan Demokrat Firqəsinin üzvləri, məsulları, azərbaycan-sevərlər iştirak edirdi. O, cümlədən Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim müəllim Hüseynzadə konfransın iştiraçısı idi.

Konfrans Milli Hökumətin Himni ilə və firqəmizin üzvü admin Rəhim bəy Şahbazi vasitəsilə açıq elan edildi. Tədbiri giriş sözü ilə Abdulla Əmir Haşımi Cavanşir açdı. Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq əlaqələr məsulu ilk olaraq sayın Mətin bəy Yıldırım haqda otaq iştirakçılarına geniş məlumat verdi. Xatırladaq ki, sayın Mətin bəy Yıldırım İqdır doğumlu yazardır, akademik çalışmalarına İstambul Universitetindən başlamışdır. Disertasiyasını Azərbaycan egitim sistemi barədə bitirmiş, ixtisası üzrə Avropanın bir çox şəhərlərində müxtəlif proyektlər və tədqiqatlar aparmış, Türk ölkələrinin bir çoxunda dəyərli və samballı araşdırmaların, proyektlərin müəllifi və icraçısı olmuşdur. Jurnalistika fəaliyyətində Azərbaycanın işğal olunmuş ərazilərinin azadlığı uğrunda və haqq-ədalət naminə son 30 ildə dəyərli fəaliyyətlərini uğurla apaparaq, Türk dünyasına aid 30 ildən artıq Türksoydan tutmuş, Türk ölkələrinin konseyi və türk dünyası birliyi barədə sənədli yazıların, verlişlərin, konfransların, müsahibələrin müəllifi olmuşdur.

Mətin bəy 2 saat yarım davam edən çıxışında 12 noyabrda İstambulda Türk Dövlətlərinin zirvə görüşü və onun tarixi, Türk sivilizaslyası barədə, samitin sənədləri haqda geniş söhbət açdı. Məruzəci dünya siyasətində mühüm giosiyasi əhəmiyyətə malik olan bu samit barədə geniş məlumat verdi. Region və Türk dünyası üçün əhəmiyyətindən, onun nə qədər türk xalqlarına vacib olduğundan, qəbul olunan mühüm qərarların əhəmyəyindən və digər prespektivlərindən geniş məlumat verdi. 8-ci zirvə görüşünün ölkələrimizin inkişafında barədə dönüş nöqtəsi olduğunu təkidlə bildirdi.

Mətin bəy 121 maddədən ibarət qərarlarının haqqında danışarkən samitin yüksək əhəmiyyətindən danışdı.

Türk dünyasının maraqları, regional məsələləri, dünya və beynəlxalq mövzulara aid olan, bir sıra vacib sahələrdə əməkdaşlığın əhəmiyyəti haqqında, həmçinin Türk dünyasına baxış 2040-cı il strateji sənədin əhəmiyyəti barədə xüsusi qeydlər etdi. Bu strateji sənədin həyata keçirilməsi Türk dövlətlərinin 2021-2022-ci illərdə öhdəliklərin əhəmiyyətinə toxundu.

Mətin bəy Azərbaycanın 44 günlük savaşında qazandığı qələbədən, Azərbaycan Prezidenti sayın İlham Əliyevin həmin zəfər müəllifi və baş qəhrəmanı olduğundan, buna görə ona Türk dünyasının ödülü verilməsindən qürur hissi ilə danışdı. O, Ermənistan və Azərbaycan münasibətlərin normalaşmasında Türk dünyasının dəstəyi, işğaldan azad olunmuş torpaqlarının abadlaşması barədə  rolundan ayrıca söhbət açdı. Məruzəci Azərbaycanın rolunu Türk dünyasının gələcək inkişafında, Xəzər dənizinin şərq və qərb əlaqələrində, Laçın dəhlizinin açılmasında, ticarət, mədəniyyət və turizm əlaqələrinin inkişafında zirvə toplantısının əhəmiyyətini qeyd etdi. Mətin bəy konfransın gedişatında, otağın hörmətli iştirakçıları və firqə mənsublarının, Səriyyə xanım Ərdəbilli, Səməd müəllim Bayramzadənin və başqalarının suallarına cavab verərək, yüksək maraqlarla və alqışlarla toplantını başa çatdırdı.

Əziz oxucular, Mətin bəyin tam çıxışını Azərbaycan Demokrat Friqəsinin orqanı olan “Azərbaycan” ruznaməsi saytında əldə edə bilərsiz.

Raportu hazırlayan Beyrək   

Şərhlər bağlıdır.