“İsfahan üsyanı mütləq davam edəcək və qiyam İran xalqının taleyində hökumətin təsəvvür etdiyindən daha şiddətli olacaq”.
2021-ci il noyabrın 19-da cümə günü İsfahanda baş verən hadisələr bütün İran üçün ibrət dərsi və təməlqoyma təcrübəsi oldu. İsfahanlı əkinçilər 12 gündür ki, Zayənderud çayının yatağını öz evlərinə çevirib və Zayənderud çayının qurudulması siyasətinə qarşı etiraz ediblər. Cümə günü isə İsfahanda bütün sakinlər etirazçılara dəstək üçün onlara qoşuldular.
Noyabrın 19-u cümə günü axşam İsfahanlı əkinçilər vəziyyətləri barədə bunları söylədilər: “Əziz isfahanlılar, qeyrətinizə eşq olsun. Bu gün hökumətə İsfahanın qeyrətini göstərdik. Biz göstərdik ki, əkinçilər tək deyil. Biz onlara göstərdik ki, biz su pulu (kənd təsərrüfatı üçün verilən su pulu), xüsusən də sükut etmək üçün verilən bu pulu istəmirik. Onlara göstərdik ki, son nəfəsimizə qədər mübarizə aparacağıq. Əlimizi kəssəniz, ayağımızla gələcəyik, ayağımızı kəssəniz, Zayəndehrud üçün qanımızla, canımızla vuruşacağıq. Bizi öldürsəniz belə döyüşəcəyik, uşaqlarımız üçün mübarizə aparacağıq. İsfahan və İsfahanlı öləcəkdir ki, Zayənderudu diri olaraq geri alsın”.
İsfahanlı əkinçilər öz mövqelərində sonadək dayandılar və hökumətin onlara vurmaq istədikləri ən kiçik zərbələri belə qəbul etmədilər. Onlar dedilər ki, “su namus kimidir, satılmır” və bu müqavimət İsfahanlıların onlara dəstək olmasına səbəb oldu və beləliklə, Zəyəndərud suyu məsələsi ictimai məsələyə çevrildi.
Hakimiyyət heç bir şəkildə belə bir işin gündəmə gəlməsini istəmirdi və bu xalq hərəkatını hər vasitə ilə, aşkar və gizli hədələrlə belə dayandıra bilmədi. Hökumət belə böyük bir üsyanla mübarizə aparmağın müxtəlif yollarına əl atdı; o, mitinqdən bir gün əvvəl “Əkinçi” adı ilə bir videoçarx hazırlayaraq yayıb və həmin videoçarxda əkinçi ünvanında öz kəşfiyyat ünsürlərindən müsahibə alaraq, əkinçilərdən insanların bu etirazlara qoşulmasını dayandırmağı xahiş edib. Hətta hadisə yerində, üsyana qarşı özünün ənənəvi üsuluna da əl atıb – interneti bağlamağa cəhd edib və bununla da əkinçilərin çıxışlarının canlı yayımına mane olub. Davamında da Məhəmməd adlı bir müxbir “İnşallah və Maşallah” deyərək söylədiyi qısa bir şərhində dövlətin İsfahan və isfahanlılar üçün su probleminin tez bir zamanda ciddi şəkildə həll etməyə çalışdığını söyləyib. Energetika naziri də hadisə yerinə gəlib və deyib: “Baş verənlərə görə biz utanırıq”. Əslində bu o demək idi ki, heç nə etməyəcəklər.
İsfahanlı əkinçilərin əzmkarlığı və işini yarımçıq qoyub ayağa qalxan yüz mindən çox isfahanlının əkinçilərə dəstəyi göstərdi ki, hər hansı bir qrup və təbəqənin harada olmasından asılı olmayaraq ayağa qalxıb öz haqlı tələblərini qoruyub saxlasa, şübhəsiz ki, xalq da onlara dəstək olacaqdır.
Həqiqət budur ki, hakimiyyətin 43 illik anti-milli siyasəti ölkənin həyati infrastrukturunu məhv edib. Təbiət və ekosistemlər əsaslı şəkildə pozulub. Su anbarlarının və Zayənderud bəndinin arxasındakı gölün 86%-i boşdur. Hökumət yerdə qalan 14%-i də açıb buraxsa, bir neçə gündən sonra Zayənderud çayından su axmayacaqdır. Bu vəziyyət İsfahanlı əkinçilərin suyunun İnqilab Keşikçiləri tərəfindən talan edilməsi, suyun İsfahan metallurgiya kombinatı və hərbi sənaye üçün sərf edilməsi və ya hökumət başçılarının bağ və tarlalarının suvarılmasına yönəldilməsi ilə bağlıdır. Deməli, faktiki olaraq əkinçilərə ayrılacaq su qalmayıb!
“Həmedli” qəzeti 16 noyabr 2021-ci il tarixli sayında yazır: “Ali Su Şurasının və Zayənderud Koordinasiya Şurasının qərarına əsasən, çay suyunun 74,3 faizi əkinçilərə, 25,7 faizi isə hökumətə və Energetika Nazirliyinə məxsus olmalı idi”. Həqiqətdə isə hökumət əkinçilərin bütün su hüquqlarını talan etmişdir.
Odur ki, cümə günü, 19 noyabr 2021-ci il tarixində İsfahanda baş verən hadisələr 2019-cu ilin noyabr üsyanının, 2021-ci ilin iyulunda Xuzistandakı susuzların qiyamının davamıdır, İran xalqlarının qiyamının növbəti bir fəslidir.
İsfahan üsyanı mütləq davam edəcək və qiyam İran xalqının taleyində hökumətin təsəvvür etdiyindən daha şiddətli olacaq.
Hökumətin İsfahan üsyanı ilə bağlı nigarançılığı onunla bağlıdır ki, İsfahan üsyanı əslində bütün İran zəhmətkeşlərinə Xamneyi faşizminə qarşı etirazları birləşdirməyə bir çağırışdır.
Fədai oğlu
Şərhlər bağlıdır.