“AZƏRBAYCAN”I KÜÇƏLƏRDƏ YAYAN KİŞİ

Bu şəkil 2 il əvvəl 21 Azər hərakatının ildönümündə bizi qovuşdurdu. Sabahımız üçün xatirəyə çevirdi. Azərbaycan Demokrat Firqəsinin orqanı olan “Azərbaycan” qəzetini 1945-ci ildə 14 yaşında Təbriz küçələrində paylayan, 88 yaşlı Firudin Kişini dünənki konfransda ziyarət etmək xüsusilə əlamətdar idi. Dəyərli Əkrəm müəllim kimi, əziz Cavanşir bəy kimi o da 21 Azər ruhunu günümüzə daşıyan və daim yaşadan yadigarlardandır.

21 Azər konfransında qəzetin hər iki əlifbada altıncı dövr birinci sayı da xüsusi maraqla qarşılandı. Qoy, “Azərbaycan” da Azərbaycanımız kimi daim var olsun.

Rüfət Muradlı,
“Ümid” Partiyasının sədr müavini

 

Şərhlər bağlıdır.