Ölüm tufarların aşaraq gəldik
və yaşam düzənində çadır qurduq.
Pay aldıq
işdən və gücdən.
Paylaşdıq insan ormanında
insana yaraşan düzən qurmağı.
Bir ildə
min ömür yaşadıq.
Ərkin unutmayacağı
Göy Məçidin görmədiyi
dərin bir ömür.
Ana sütündən doğma
qız dodağından şirin
qadın döşündən dadlı.
Gəliş haqlı
gediş haqlı
gülüş haqlı.
Səsləndi sazın hər telində yeni bir səs
və kolun hər gülündə başqa bir qoxu.
Qorundu insanın insan hörməti,
nə qədər uzun idi
necə də qısa idi o il…
Gözlərimi açıram
doğudan əsməkdə sazaqlı külək
doğudan doğmaqda boğuntu səsi
Təbrizə axırmış bütün qanlı çayların axımı…
Hadi Qaraçay
Şərhlər bağlıdır.