AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİ HƏFTƏYƏ YEKUN VURUR

MÖVZU: “MİLLİ DEMOKRATİK ƏDƏBİYYAT VƏ MƏDƏNİYYƏTƏ QARŞI GENOSİD”

Nəhayət bir həftəlik qayğılı və rəngarəng tədbirlərlə dolu günlərimiz başa çatır. 6 gün ərzində Vaşinqtonda etiraz aksiyası keçirdik. Clubhousenin konfrans zalında müxtəlif çıxışlarla zəngin həftənin şahidi olduq. Həftə görüb-götürəcəyimiz söz-söhbətlərlə zəngin oldu.

Bu gün ayın 17-dir. Yeni görüşlərədək sözünü dilə gətirmək üçün bizi rabitə yenidən bir araya gətirəcək. Yəqin ki, koronavirusun ömrü də az olar, əyani görüşərik. Bu məqsədlə hər birinizə can sağlığı, uzun ömr arzulayaraq növbəti konfransın, yekun konfransının adını elan edirik: “Azərbaycan Milli Hökumətinin yaratdığı Milli Demokratik ədəbiyyat və mədəniyyətə qarşı genosid”.

Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə yekun tədbirində iştirak edəcək hər bir şəxsi və bütün partiya üzvlərini salamlayır, onlara milli mübarizə tariximizdə uğurlu sətirlər və can sağlığı diləyir.

 Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.