ŞUŞAYA VƏ AĞDAMA MARŞRUTLAR- YANVARDAN

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA – Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin bazasında yaradılır) yanvarın 15-dən Qarabağa müntəzəm marşrut reyslərinin açılmasını planlaşdırır. Azerbaycan-ruznamesi.org-un aldığı məlumata görə bunlar Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətlərinin yaradılması nəzərdə tutur.

“Daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan ediləcək,-nazirlikdən bildiriblər.- Müsabiqədə iştirak haqqı 50 azn-dir. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarındada olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər”.

Ağentlikdə hesab edirlər ki, daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər.

Şərhlər bağlıdır.