Bu bir keçici paylaşımdır, 7 gün sonra silinəcəkdir.
Farsdilli mediaya farsca danışdığım, farsca yazdığım olubsa da, 1992-ci ildən bu yana, heç bir yerdə, özəlliklə də özümün şəxsi hesabımda farsca yazmıram.
Feysbukdakı ilk paylaşımlarıma baxılsa, özüm farsca yazmasam da, yoldaşlarımın farsca yazılarını ara-sıra paylaşmağım vardır.
Zaman-zaman milli hərəkətimizdə gələnək kimi bizə çatan farsca yazmağa qarşı daha kəskin dirəniş sərgiləməli olduğumuzu anladım. Farsca yazmaq artıq bir gələnəyə çevrilibdir. Farsca yazdıqca milli fəalların içində farsca yazmağın normallaşmasını təsbit etdiyimizi gördüm. Farsca yazdıqca farsca yazmağı leqitimləşdirdiyimizi, leqallaşdırdığımızı gördüm və bunu gələnək kimi aldığımız kimi gələnək kimi gələn quşaqlara ötürdüyümüzü gördüm. İştə yetər-yetər dedim öz özümə. Keçici bir paylaşımda bütün yoldaşlarıma artıq farsca yazmamaqla yetinməyəcək, qonusundan asılı olmayaraq, bu dildəki yazıları paylaşmayacağımı, onları bəyənib “like” vurmayacağımı bildirdim. Neçə il oldu dəqiq bilmirəm, ancaq indi daha bir addım atmalı olduğumu düşünürəm.
Birini yoldaşlıqdan atmaq ona sayqısızlıq kimi də anlaşıla bilər deyə bunu az-çox eyni savaşda olduğum bir çox yoldaşlarıma qıymadım. Özlərinin şəxsi hesablarında, feysbuk və instaqram hesablarında farsca mətləb yazan bütün yoldaşlarımdan məni yoldaşlıqdan atmalarını istəyirəm. Yapan yapacaq, yapmayanları da 7 gün sonra mən atacağam.
Türkcə yaz.
Yazıdan, Sonra:
Bu yazı, ana dilləri Türkcə olanlar üçün keçərlidir.
Hadi Qaraçay
Şərhlər bağlıdır.