ŞOKALAT FABRİKİNİN İŞÇİLƏRİNİN AĞZI ŞİRNİYƏ ÇATMIR

Təbrizdə aksiyalara “İran Şokolat” fabrikinin işçiləri də qoşulub. Səbəb aydındır. İnsanlar nə qədər gərgin zəhmət çəksələr də ağızları şirniyə çatmır. Yəni hüquqları lazımınca təmin olunmur.

Dekabrın 22-si günorta saatlarında Təbrizin “Al-Nəsəd” şəhərciyində yerləşən bu fabrikin işçilərinin möhtəşəm aksiyası keçirilib. İşçilər əmək haqqının gecikdirilməsinə, ağır iş şəraitinə etirazlarını bildiriblər.

Aksiyaçılar xüsusilə onların daimi işlə təminatının olmamasından da şikayətlənirlər.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/449373193453578/

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.