İRANIN İXRACÇILARI ARASINDA ERMƏNİSTAN ÜÇÜNCÜDÜR

İranın Avrasiya ölkələri ilə ticarəti ötən 8 ayda (İranda il martın 21-də dəyişir) 73 faiz artıb.

Azerbaycan-ruznamesi.org bu barədə İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Lətifiyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İrana ən çox məhsul Rusiya, Qazaxıstan və Belarusdan idxal olunub.

İrandan isə ən çox məhsul Rusiya, Ermənistan və Qazaxıstana ixrac olunub.

Şərhlər bağlıdır.