“AVAY-E TƏB’İD” (“SÜRGÜN SƏSİ”) DƏRGİSİNİN 24-CÜ SAYI

“Avay-e təb`id” dərgisi oxucuları ilə yeni görüşə gəlib. Bu, 2021-ci ilin qışında çapdan çıxmış 24-cü saydır.

Dərgidə aparıcı yazılardan birinə maraqlı giriş verilmişdir. “Sürgün olunmuş sadəcə vətənindən didərgin düşmüş insan deyil. İnsan həm də öz dilindən, mədəniyyətindən, kimliyindən sürgün edilə bilər. Şeiri, hekayəsi, sənəti, düşüncəsi, ideyası öz ölkəsində çap oluna bilməyən insan da sürgündədir”.

Dərginin bu nəşri sürgündə olanların dili olmağa çalışır. O, deportasiyanı coğrafi sərhədlər və onun klassik tərifi baxımından deyil, müasir dünyaya uyğun olaraq tanıyır.

Səməd Bayramzadə

Şərhlər bağlıdır.