ERMƏNİLƏR AZƏRBAYCANDAN ÜZR İSTƏMƏYƏ HAZIRLAŞIRLAR

Bir neçə gün bundan öncə Gallup Beynəlxalq Assosiasiyasına istinad edən azerbaycan-ruznamesi.org dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin siyahısını açıqlayıb. Ermənistan ən bədbəxt ölkələr sırasında ilk onluqda 7-ci sıradadır.

Rəyi soruşulan Ermənistan əhalisinin əksər hissəsi öz yaşayışından narazıdır. Onlar ölkədə vəziyyətin günü-gündən pisləşdiyini, iş yerlərinin olmamasını, hər şeyin bahalaşdığını deyiblər.

“Vəziyyət hər gün bir az da pisləşir. Daha da pis olur. Sanki bir bataqlıqda batırıq, bu bataqlıqdan necə çıxacağımızı bilmirik. Deyin, necə edək?”– deyə bir erməni sakin gileylənir.

“Hər şey bahadır, heç nə ala bilmirik. Təzə iş yerləri yoxdur. Müharibədən sonra daha da pis olub. Çox adam ölkəni tərk edib”.

“Ölkədə özbaşınalıq, qanunsuzluq hökm sürür. Hər yerdə, kənddə, şəhərdə problemlər aşıb-daşır. Hər şey dəhşət dərəcədə bahadır, ala bilmirik, nəinki ət, heç kartof belə ala bilmirik. Bütün sferalar zədələnib. Kimə şikayət edəsən. Heç kim sadə camaatla maraqlanmır”.

“Əgər alınsa, 2022- ci ildə Amerikaya köçüb getmək istəyirik, heç olmasa nəvələrimiz bu özbaşınalıqdan əziyyət çəkməsin”.

“Bizim ölkədə yalan, qəzəb, qəddarlıq, nə desən var. Xalq bilmir neyləsin, necə etsin ki, bu vəziyyətdən çıxa bilsin. Müharibədə nə qədər oğlanlarımız qırıldı, mənim ürəyim ağrıyır bu cür situasiyaya görə. Hökumət ancaq öz mənafeyini və cibini güdür. Bəsdir artıq, nə qədər öz xalqını incitmək olar. Axırımız necə olacaq?”.

Ermənistanda çox adam acınacaqlı həyatdan bezib və ölkəni birdəfəlik tərk etmək istəyir. İnsanlar hakimiyyətin laqeydliyindən yorulublar, ölkədən getmək istəyirlər.

Bir qrup erməni etiraz aksiyası keçirərək, ölkədən getmək istədiklərini deyiblər. Söhbət zamanı məlum olub ki, onlar Azərbaycanda yaşamaq istəyirlər. Onlar Ermənistanda pis şəraitdə yaşamaqdan bezdiklərini, Azərbaycana keçmək istədiklərini bildiriblər. Etirazçılar hökumətin onların problemlərini həll etmədiyini, maraqlanmadığını deyiblər.

“Biz toplaşıb qərara gəlmişik ki, gedək Azərbaycanla sərhədə, Azərbaycan hökumətindən onlara qarşı vuruşduğumuza görə üzr istəyəcəyik ki, bizi bağışlasın. Səhv etmişik  onlara qarşı vuruşmuşuq. Etiraf edirik ki, çox böyük səhv etmişik. Azərbaycan hökumətindən üzr istəyib xahiş edəcəyik ki,  Azərbaycanda yaşamağa bizə icazə versin. Bəlkə orada bizə yaşamaq üçün normal şəraitimiz olar”.

Ermənistanda vəziyyət hər gün pisləşdikcə ölkədən gedənlərin sayı da artır. Ölkə yaşanmaz hala gəlib. Kimin köçməyə imkanı və getməyə yeri yoxdursa, fikirləşir ki, Azərbaycanla sülh müqaviləsi bağlansa hər şey normallaşar. İnsanlar bu nifrətin, qəzəbin ancaq onların özlərini məhv etdiyini deyirlər. Sülhə ümid edənlər ölkədə vəziyyətin düzələcəyinə ümid edirlər.

Azərbaycan Ermənistana sülh təklif edib. Bakı regionda uzunmüddətli sülhün tərəfdarıdır. Bu günlərdə İrəvan da sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

Şərhlər bağlıdır.