Güclü daşqınlar İranın Fars əyalətindəki Lamərd şəhərində qurbanlara səbəb olub. Bu barədə “Azad İran”ın “Telegram” kanalında məlumat verilib. Fəlakət qurbansız ötüşməyib, sel suları evlərə və infrastruktura ciddi ziyan vurub. Hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Bundan başqa, daşqınlar nəticəsində Darab şəhərində də bir nəfər həlak olub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.