TƏBRİZDƏ GÜNEYLİ SƏNƏTÇİ TOHİD NOVRUZİ İLƏ VİDA MƏRASİMİ

Yanvarın 1-də vəfat etmiş güney azərbaycanlı sənətçi, gənc musiqiçi və mədəni fəal Tohid Novruzinin vida mərasimi keçirilib.

Təbriz şəhərində keçirilən vida mərasimində onun dostları, öyərnciləri , milli-mədəni fəallar və bir sıra mədəniyyət xadimləri iştirak ediblər.

Vida mərasimində sənətçinin dostları bir neçə musiqi parçası ifa etməklə onun xatirəsini əziz tutublar.

Qeyd edək ki, gənc musiqiçi yanvarın 1-i, səhər saatlarında gözlənilmədən ürək tutması nəticəsində dünyasını dəyişib.

Ərdəbil əyalətinin Xiyav şəhərindən olan Novruzi neçə illər idi gənc və yeniyetmələrin Azərbaycan musiqisi və mədəniyyəti ilə tanış olmalarına çalışır, müxtəlif kurslar təşkil edirdi.

İnşaat Mühəndisliyi fakültəsini bitirsə də, mərhum sənətçi peşəkar musiqi ilə məşğul olmuş, bir sıra tanınmış sənətçilərlə, o cümlədən Alim Qasımovla əməkdaşlıq etmişdi.

VİDEO: https://fb.watch/ajOhEEPFyV/

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.