KASPAROVUN PAŞİNYANA İTTİHAMI:

DİNC QAZAXLARI ÖLDÜRMƏKDƏ İTTİHAM EDİR

Şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov Ermənistanın Baş naziri Nikol Paşinyanı Qazaxıstanda baş verən qırğınlarda iştirakda ittiham edib.

Kasparov rəsmi saytında yazıb:

“Qazaxıstanda bugünkü qırğınların ortağına çevrilən Ermənistan lideri Nikol Paşinyanın davranışı biabırçılıqdır. Paşinyanın dinc inqilab nəticəsində hakimiyyətə gəlməsi onun hərəkətlərini xüsusilə kinli edir. Başqa xalqların qanı bahasına öz xalqının təhlükəsizliyini satın almaq mümkün deyil”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.