Qazaxıstanda qazın topdansatışı ilə məşğul olan 6 şirkətə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.
“Sputnik Kazaxıstan”nın verdiyi xəbərə görə bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.
Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.