AZƏRBAYCAN DEMOKRAT FIRQƏSİNİN BAŞSAĞLIĞI

SÜDABƏ BARAT QIZI NİKNAJAT VƏFAT EDİB

Azərbaycan Demokrat Firqəsinə ağır itki üz verib. Südabə Barat qızı Niknajat Gəncə şəhərində dünyasını dəyişib. O, peşəkar inqilabçılar nəslinin yetirməsi idi. Babası Nüsrət və atası Baratın yolu övladlarının yolu idi.

Ədəbiyyat fənnindən dərs deyirdi. Gəncə şəhərinin tanınmış pedaqoqlarından sayılırdı. Buna görə də bütün el-oba Südabə xanımı son mənzilə yola salmağa gəlmişdi.

Azərbaycan Demokrat Firqəsi bir daha Südabə Barat qızı Niknajatın vəfat etməsinə görə mərhumun ailə üzvlərinə, həyat yoldaşı Vaqif İbadulla oğlu Dürüstkara, bacı-qardaşlarına, yaxın qohumlarına, müəllim yoldaşlarına, tələbələrinə dərin hüznlə baş sağlığı verir.

Allah rəhmət eləsin!

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.