XAMENEININ BACISI QIZI HƏBS EDILDI – SƏBƏBİ

İranda Məhbusların Müdafiəsi Kampaniyasının sədri Fəridə Muradxani həbs edilib.

Azerbaycan-ruznamesi.org bu barədə “Azad İran” Telegram kanalına istinadən məlumat verib.

Fəridə Muradxaninin həbs olunma səbəbi hələlik bilinməsə də, bəzi sosial media istifadəçiləri bunu Fərəh Pəhləvinin anım mərasimində şeir oxuması ilə əlaqələndiriblər.

Aktivist Muradxaninin həbs ilə bağlı məlumatlar yanvarın 16-da yayılıb. O, yanvarın 13-də evinə qayıdarkən ETTELAAT tərəfindən saxlanılıb. İranın təhlükəsizlik orqanları fəalın evində axtarış əməliyyatı keçirib və Muradxaninin bir sıra şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar.

Fəridə Muradxani tutulduqdan bir gün sonra ailəsi ilə əlaqə saxlayaraq, Evin zindanının “209-cu kolon”una (ETTELAAT-ın təcridxanası) köçürüldüyünü bildirib.

Qeyd edək ki, Fəridə Muradxani İranın ali dini lideri Əli Xameneinin bacısı qızıdır.

Şərhlər bağlıdır.