ŞƏRQŞÜNAS ALİMİN 20 YANVAR FACİƏSİ İLƏ BAĞLI MƏQALƏLƏRİ TÜRKİYƏDƏ YAYIMLANIB

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının son günlərdə Türkiyənin bir neçə saytında 20 Yanvar faciəsi ilə bağlı məqalələri yayımlanıb.

İnstitutdan AZƏRTAC-a verilən məlumata əsasən azerbaycan-ruznamesi.org bildirir ki, şərqşünas alimin məqalələri Türkiyədə yayımlanan kafkassam.com, tarihistan.org və kiriminsesigazetesi.com saytlarında yerləşdirilib.

Məqalələrdə 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilir, hadisələrin səbəbləri, baş verdiyi şərait və nəticələri açıqlanır. Müəllif Bakıda baş vermiş faciə ilə yanaşı, bölgələrdə, o cümlədən Neftçalada və Lənkəranda sovet ordusu tərəfindən törədilən cinayətlərdən də yazır.

Şərhlər bağlıdır.