Rusiya, İran və Çinin hərbi dəniz qüvvələri körfəzdə birgə təlim keçirəcəklər.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanmasından bildirilib.
Məlumata görə, təlim Kəngər körfəzi ərazisində keçiriləcək. İştirakçı dövlətlərin hərb gəmiləri İranın Çahbahar limanında yer alacaqlar.
Təlimlərin keçiriləcəyi dəqiq tarix hələ açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ilin avqustunda 3 dövlətin 2022-ci ilin əvvəlində birgə təlim keçirəcəyinə dair məlumatlar yayılmışdı.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.