BİR NEÇƏ KƏLMƏ YARADICILIQ BARƏDƏ

Bir gün var idi dilimizdə qoşuq bitiyi belə yox idi. İndisə bollu öykülər, romanlar belə yazılır.

Bir gün vardı, yazıçılarımız, qoşuqçularımız barmaqla sayıldığı kimi barmaqla da göstərilirdi…

İndisə durum dəyişib. Türkcə yazıb yaradan minlərlə yazıçı içindən öz səliqə, səhmanınla seçib oxumalı olursan.

Bu gün mənim üçün çox gözəl bir gün oldu. Dəyərli yoldaşlarım özəlliklə də sayın Emin Hacilunun bollu əməyiylə istədiyim öykü və qoşuq toplularının bir sırası əlimə çatdı.

Əlimə çatan kitabların yazarlarını sənətdən yaxşıca tanısam da, az-çox yazılarını adda-budda, orada-burada oxumuş olsam da, bitiyi bitik kimi ələ alıb oxumağın dadı başqadır.

Yoldaşlığımıza sığınıb dəyərli bitiyini adıma yazıb qol çəkənlərə dərin sevgi və sayqımı sunmasam olmaz. Çox sağ olun.

Səsiniz çox-çox ucalardan, dilin, yazının ən yüksək ocaqlarından gəlsin. Hər birinizi, dünya yaradıcı ədəbiyyatının başında görmək istərəm.

Sayğılarımla,
Hadi Qaraçay

Şərhlər bağlıdır.