“Ecotour İrəvan” şirkəti böyük canfəşanlıqla Tehranda işçi qəbuluna başlayıb.
“Azad İran” Telegram kanalı xəbər verir ki, “Əndişməndan-e tiz elm” (Ecotour İrəvan) şirkəti Tehran vilayətində kadr heyətini tamamlamaq üçün müəyyən tələblərə cavab verən şəxsləri 3.5-6 milyon tümən (140-240 manat) məbləğində maaşla işə dəvət edib.
Şirkət işə cəlb edəcəyi əməkdaşların nəzarət edəcəyi sahələri də müəyyənləşdirib.
Onlar şirkətin sosial media hesablarını idarə eilməsi, abituriyentlərin qəbulu və xaricə göndərilməsi ilə bağlı məsləhətlərin verilməsi, Ermənistanda IELTS imtahanı və fransız, alman dilləri imtahanlarının keçirilməsi, eyni zamanda Ermənistanda yaşayış və investisiya məsələlərinin həllinə dəstək göstərməsi, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyədə xüsusi turlar təşkil edilməsi məsələlərinə nəzarət edəcəklər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.