URMİYA HƏBSXANASINDA MƏHBUS OLAN İKİ TƏLƏBƏYƏ OLMAZIN İŞGƏNCƏLƏRI VERİLİR…

30.01.2022. ÖLKƏNIN TƏLƏBƏ HƏMKARLAR ITTIFAQI ŞURALARININ MƏLUMATI ƏSASINDA

Şəhid Beheşti Universitetinin informatika fakültəsinin magistri Hamid Qaraoğlani və Xarəzmi Universitetinin sosiologiya üzrə magistri Fərzad Samani Urmiya həbsxanasında saxlanılırlar.

Farzad Samani 9 yanvar 2021-ci il tarixində Xarəzmi Universitetinin yataqxanasında həbs edilmiş və indiyədək onun barəsində heç bir məhkəmə prosesi keçirilməmişdir. Hətta məhkəməsinin vaxtı da məlum deyil. Yataqxanada tamamilə qeyri-qanuni basqın nəticəsində oğurlanaraq zindana atılan tələbə artıq bir ildən artıqdır ki, müvəqqəti həbsdə saxlanılır.  Bu uzunmüddətli “müvəqqəti” həbs müddətində Fərzad Samani zindandakı ilk 4 ayı təkadamlıq kamerada keçirib, beşinci ayda isə onu çoxnəfərlik kameraya, oradakı aclıq aksiyasından sonra isə Urmiya Mərkəzi Həbsxanasına köçürülüb.

Hamid Qaraoğlani də 27 iyun 2020-ci il tarixindən həbs edilib və on dəqiqəlik məhkəmə prosesində ümumilikdə 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Tələbənin epilepsiya xəstəliyi var, indiyə qədər vəkilə müraciət etməkdən və ona lazım olan əsas dərmanlarını almaqdan da məhrum edilib.

Urmiya həbsxanasının siyasi bölməsi sayılan 10-cu kolonda həbsdə saxlanılan bu iki tələbə 2022-ci ilin yanvar ayının 10-da digər məhbuslarla birlikdə mühafizəçilərin hücumuna məruz qalmışlar və bir neçə gün təkadamlıq kamerada saxlandıqdan sonra hazırda bu həbsxananın hərbi hissəsindəki kolona kğçürülmüşlər.

Hərbi kolonda saxlanan bu məhbus tələbələr üçün xüsusi şərtlər qoyulmuşdur və bu kolonun quruluşu otaqdan otağa deyil, kameradan kameraya bölündüyü üçün onlar demək olar ki, təkadamlıq hücrələrdə (karser) yaşayırlar.

Biz tələbə hüquqlarının müdafiəçiləri olaraq Şəhid Beheşti Universitetinin tələbəsi Hamid Qaraoğlaninin ölümünə qarşı xəbərdarlıq edirik. Bu tələbə xəstədir, onun həyati vacib dərmanlara çıxışı yoxdur. Onu fiziki və zehni stress vəziyyətində saxlamaq onun sağlamlığı və həyatı üçün düzəlməz nəticələrə səbəb ola bilər. Onu da bildiririk ki, yataqxananın içindən oğurlanan Fərzad Samaninin məhkəməsinin tarixi belə bilinmədən uzun müddət “müvəqqəti” adı altında saxlanılması Karona epidemiyası böhranı zamanı universitetə ​​qarşı sərt təhlükəsizlik təzyiqinin nümunəsidir.

Universitet həmişəkindən daha artıq repressiya çəkmələri altında susdurulur və bu susqunluq universitetlərin bağlanması ilə əbədi ola bilməz.

Biz həbsdə olan iki tələbənin – Fərzad Samani və Hamid Qaraoğlaninin vəziyyətinin araşdırılmasını tələb edirik.

Tələbə Hüquqlarının Müdafiəçiləri 

Materialı hazırladı:

Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.