AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN CLUBHOUSE-DA CANLI SEMİNARI

XOCALI SOYQIRIMININ 30 VƏ İNSANI-MƏDƏNİ SOYQIRIMININ 75-Cİ İLDÖNÜMÜ ANILACAQ

XX əsrdə törədilmiş vəhşiliklərdən söhbət düşəndə əsrin birinci yarısında baş verən Güney Azərbaycandakı qırğınlar və ikinci yarısında törədilmiş Xocalı soyqırımının adları misal çəkilir. 30 mindən yuxarı insanın vəhşicəsinə qətlə yetirildiyi Təbrizdə və digər şəhərlərdə törədilmiş cinayətlərlə yanaşı Xocalıda daşı-daş üstündə qoymayan XX əsrin barbarları kimi insanları qətlə yetirən erməni daşnaklarının vəhşilikləri qatı cinayətlərə misal çəkilir.

Fevralın 26-da baş vermiş Xocalı genosidindən 30 ilə yaxın bir vaxt keçir. Bu vaxt ərzində ərazilərimiz işğaldan azad olunsa da Xocalıda insanları şəhadətə yetirənlərin məhkəməsi icrasız qalır. Eyni durum Güneyimizdə də qalmaqdadır. Bu gün keçirəcəyimiz “Xocalı soyqırımının 30, İnsanı-mədəni soyqırımının 75-ci ildönümü”-nə həsr ediləcək Clubhause-nin canlı seminarında hər iki faciə qurbanları bir dəqiqəlik sükutla yad ediləcək. Tədbirdə Güney Azərbaycanın və Azərbaycan Respublikasının milli himnləri səslənəcək. Rəhim Şahbazinin moderatorluğu ilə keçəcəyi tədbirin canlı və maraqlı olacağı gözlənilir. Bu günki tədbirdə Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə, şərqşünas alim Sübhan Talıblının məruzəsinin dinləniləcəyi, həmçinin ADF-nin beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşirin, təşkilat şöbəsinin müdiri Pərviz Kaziminin, həmçinin Səriyyə Ərdəbilinin və başqalarının çıxışları gözlənilir.

Tədbir Vaşinqtonda 11:00, Ankarada 7:00, Təbrizdə 7:30 və Bakı vaxtı ilə saat 8:00-da yayımlanacaqdır.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.