Rusiya Silahlı Qüvvələrinin böyük karvanının Laçın dəhlizi ilə Xankəndindən yola düşməsi ilə bağlı görüntülər yayılıb.
Azerbaycan-ruznamesi.org Caliber telegram kanalına istinadən xəbər verir ki, onların Ukraynaya göndəriləcəyi ilə bağlı da məlumat var (bunlar artıq fakt deyil, ehtimallardır).
Başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, “Gümrüdəkilər isə Ukraynadakı Rusiya ordusuna kömək üçün göndəriləcək.
Yerdəyişmə ilə bağlı video da yayılıb.
Şərhlər bağlıdır.