RUSİYANIN İRAN HÖKUMƏTİNİN ƏSAS HAKİMİYYƏT ORQANLARINA TƏSİRİ

Tutaq ki, iranlılar Rəşidpurun Zərifə dediyi kimi, dünyanın digər insanları kimi rahat yaşamaq istəyirlər; azad iqtisadiyyat, firavanlıq və rahatlıqla dünyanın hər bir yerinə neft, qaz və başqa mallar ixrac etsinlər, insanlar firavan və qayğısız qalsınlar. Malayziya, Koreya, Tayvan, Dubay, Qətər və .. kimi. Onda nə baş verəcək?

Bir daha onların nə Livan, nə Yəmən, nə Suriya, nə İsrail, nə Səudiyyə Ərəbistanı və başqa yerlərlə heç bir işi olmayacaq və həmin ölkələrdə xərc etməyəcəklər…

Problemsiz bir ölkə olacaq. Təbii ki, belə olan halda heç bir ölkənin İranla işi olmayacaq, ona qarşı sanksiyalar tətbiq etməyəcək və ya orada qarışıqlıq yaratmayacaq.

Çox yaxşı! Yaponiya və Avropanın böyük şirkətlərinin İrana sərmayə qoymaq və texnologiya vermək kimi problemləri olmayacaq və beləliklə də İran (ucuz enerji və işçi qüvvəsi hesabına) neft və qaz hasilatı, elektrik və günəş enerjisi üçün mərkəzə çevrilə bilər, bölgəni elektrik enerjisi ilə, eləcə də Avropanı qaz və Yaponiyanı neft ilə təmin edər, Bununla da iranlıların rifahı yüksələr və məşğulluq təmin olunar, qonşularla münasibətlər yaxşılaşar, İnsanlar daha əxlaqlı və daha sadiq olar, insanların dini və dünyası təmin olunar!!

Bəs problem nədədir!? Niyə yuxarıda deyilən kimi olmadı!? Nə üçün, Zərifin təbirincə desək, biz başqa cür yaşamağı seçdik!? Ağrı, səfalət və narahatlıq içində həyatı seçdik!? Biz iranlıların bu cür həyatı üçün kim qərar verdi!?

Biz!!? Yox, həmin Rusiya qərar verdi!!!

Rusiyanın satacağı cəmi üç şey var: qaz, neft və silah. İran qeyd etdiyimiz şərtləri əldə edə bilərsə, həmin adları qeyd edilən o üç malı (qaz, neft və silahı – S.B.) necə asanlıqla və baha qiymətə sata bilər !!?

Yəmən, Suriya, Livan, Fələstin, İraq, Əfqanıstan, Liviya və s. kimi regional müharibə və münaqişələrin əksəriyyətində İran iştirak edir, pulunu xərcləməklə, kredit verməklə və insan kapitalını  sərf etməklə (təbii ki, həqiqi İslamı qorumaq, şiələri dəstəkləmək və ya ziyarətgahı müdafiə etmək və s. bəhanəsi ilə), həmin münaqişələrin alovunu yandırır. Bu münaqişələrdə istifadə edilən silahların, demək olar ki, hamısı Rusiya istehsalıdır (deyilənə görə, Yəməndə kalaşnikov avtomatların sayı insanların sayından çoxdur!). Əgər İranda hər şey yoluna düşərsə, bəs onda bu yüksək silah satışı harada baş verəcək!?

Avropa və Yaponiya iki ən böyük qaz və neft istehlakçılarıdırlar və hər ikisi üçün bu mallar Rusiyadan verilir.

Gördük ki, Ukraynanın bir hissəsinin qeyri-qanuni yolla Rusiyaya birləşdirilməsi ilə bağlı olaraq Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəyirdi. Amma qışın soyuğunu, Rusiya qazına ehtiyacı olduğunu xatırlayıb qəti qərar qəbul edə bilmədi!

Əgər İran problemsiz bir ölkəyə çevrilərsə, oradan qaz kəməri birbaşa Avropaya gedərsə və onun qazı və nefti təmin edilərsə, o zaman Avropanın, eləcə də Yaponiyanın, Koreyanın və dünyanın qalan hissəsinin bir daha Rusiyaya bac ödəməyə heç bir əsası olmayacaqdır! Rusiyanın silah, neft və qaz satışları azaldığı təqdirdə, artıq supergüc dövlət mövqeyini əldən vermiş olacaq və öz işlərini yoluna qoymaq məcburiyyətində qalacaqdır!

Görünən odur ki, İranın inkişafı və tərəqqisi Rusiyanın ekspansionizmi və supergüc dövlət mövqeyini saxlamaq işinə bir maneədir. Ona görə də Rusiya tərtib etdiyi uzunmüddətli planda tədricən İran İslam Respublikasının əsas hakimiyyət sütunlarına və qərar qəbul edən orqanlara nüfuz etməklə “Rusiyaya ölüm” şüarını aradan götürdülər və bizi özlərindən asılı vəziyyətə saldılar. Rusiya gələcəkdə də İranın dünya ilə münasibətlərinin yaxşılaşmasına mane olacaqdır.

Qərb əleyhdarı olub Şərqə baxan, İranın dünya ilə əlaqələrinin yaxşılaşmasına mane olan, dini təəssübkeşliyi və şiə-sünni çəkişmələrini gücləndirmək, yaxud ABŞ və onun müttəfiqlərini məhv etmək, İrana qarşı sanksiyaları alqışlayan və xüsusi anlarda hava raketlərini işə salan, səfirliyi zəbt edən insanlar əslində Rusiyanın diktəsi ilə hərəkət edirlər!!

Kaş ki, bu çirkin müstəmləkəçilik siyasəti İran xalqının şüurunun artması ilə sona yetsin!

Əhməd Calalpur,
13.03.2022.

 Fars dilindən çevirəni: Səməd Bayramzadə

Mənbə: https://www.peykeiran.com/Content.aspx?ID=177232;

https://ettelaat.net/2019/02/26/15223/ 

Şərhlər bağlıdır.