SƏFƏVİLƏRİN TARİXİ ƏSƏRİ İSFAHANIN POLADƏRİTMƏ ZAVODUNDA AŞKARLANDI

TAPINTI ƏRİTMƏYƏ VERİLƏCƏKMİŞ

İranda türklərin mədəniyyətinə laqeyd münasibət İsfahan Poladəritmə Zavodunda aşkarlanan Səfəvi dövrünün kazarmasından təsadüfən aşkarlanan tarixi topun aşkarlanması da sübut etmişdir. Bu top əritmək üçün nəzərdə tutulan metal tullantıları arasında tapılıb.

Mədəni İrs, Mədəniyyət, Turizm və İncəsənət şöbəsinin müdiri Əhməd Fəthi topun həmin zavodun ərtimə üçün təkrar emal şöbəsində aşkara çıxarıldığını bildirib.

O deyib:  “Mütəxəssis araşdırmaları nəticəsində bu topun Səfəvi dövrünə aid olduğu, keçən əsrlərdə İsfahanda Səfəvi sultanlarının kazarmasında saxlandığı və bu sülalənin süqutundan sonra indiyə qədər gəlib çıxdığı məlum olub. Dünən isə təkrar emal üçün poladəritmə zavoduna verilib”.

Şöbə rəisi bilirib ki, Səfəvilər dövründə Nəqşi Cahan kompleksindəki Alaqapı Sarayının girişində bir neçə top saxlanılırdı. Buna görə də tapılan tarixi top poladəritmə zavodunun rəhbərlərinin razılığı ilə şəhərin Mədəni İrs və Turizm Baş İdarəsinin əmanət bölməsinə təhvil verildi. Top bərpa edildikdən sonra Alaqapı Sarayı qarşısında yerləşdiriləcək.

Qeyd edək ki, İrqçi fars rejim türklərin tarixi əsərlərini laqeydliklə və bəzən qəsdən məhv edir. Həmin poladəritmə zavodunda həmçinin Quzey Azərbaycanın işğal edilmiş ərazilərinin qapı-pəncərələri və s. metal əşyaları da ermənilər tərəfindən talandıqdan sonra əridilmişdir.

Nurlana Qafarova

Şərhlər bağlıdır.