31 MART 1918-Cİ İL AZƏRBAYCANLILARIN GENOSİDİ GÜNÜDÜR

CLUBHOUSE NÖVBƏTİ KONFRANSINI BU HADİSƏYƏ HƏSR EDƏCƏK

Azərbaycan Respublikasına dövlət müstəqilliyinin bəxşi siyasi cəhətdət bir çox tarixi hadisələrin üzərindən qara lövhələri götürüb və onların əsl mahiyyətinə uyğun adlarını da müəyyənləşdirib. Bu mənada martın 31-də Azərbaycanın Şərqində və Cənubunda baş vermiş qanlı olayların adı olduğu kimi verilib: Azərbaycanlıların Genosidi Günü. Əslində həmin tarixdə Vətənin Güzeyində və Güneyində baş vermiş hadisələrin misli-bərabəri yoxdur və bu adla tarixə düşüblər. “31 Mart – Azərbaycanda Genosid Günü” kimi yad edilən həmin tədbirdə bütövlükdə həmrəyliyimiz nümayiş etdirilir. Onları vəhşiliklərə məruz qalan, amma sonadək mübarizə aparan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edəçəklər. Konfrans İsmayıl Xosrovşahın ifasında Azərbaycan Milli Hökümətinin Himni ilə açılacaq. Yekunda isə Azərbaycan Respublikasının Milli Himni ilə başa çatacaq.

ADF-nin sədri Rəhim Hüseynzadənin iştirakı ilə keçiriləçək tədbirdə tanınmış tarixçi alimlər Məhəmmədrza Bağban Kərimi (Cənubi Azərbaycan), Səməd Bayramzadə və Sübhan Talıblının (Azərbaycan Respublikası) məruzələri dinləniləçək. Firqənin Amerika Birləşmiş Statlarındakı nümayəndəsi Rəhim Şahbazinin moderatorluğu ilə baş tutacaq tədbirin maraqlı diskussiyalarla zəngin olacağı gözlənilir. Bu işdə ADF-nin beynəlxalq əlaqələr məhsulu Abdulla Əmir Haşimi Cavanşirin, təşkilat şöbəsinin müdürü Pərviz Kaziminin, həmçinin Səriyyə Ərdəbilinin və başqalarının iştirakı və çıxışları gözlənilir.

Tədbir Vaşınqtonda 11:00-da, Ankarada 19:00-da, Təbrizdə 19:30-da, Bakıda 20:00-da yayımlanacaqdır.

Azərbaycan Demokrat Firqəsi

Şərhlər bağlıdır.